"Şagird sayı yoluxmaya ciddi təsir etmir" - Emin Əmrullayev

  07 Sentyabr 2021    Oxunub :473
"Şagird sayı yoluxmaya ciddi təsir etmir" -   Emin Əmrullayev
"Ötən il məktəblərimizdə 85 626 sinif olub. Onların 57 faizindən çoxunda, yəni 49 minində şagird sayı 20-dən azdır".
Azvision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkilinə dair brifinqdə deyib. Onun sözlərinə görə, digər 23 faiz məktəbdə 21-25 nəfər təhsil alır:

Azərbaycanda məktəblər bu tarixdən açılır
"40 nəfər və daha çox şagirdin olduğu sinif sayı 311-dir. Bu da bütün siniflərin 0,4 faizini təşkil edir. Bu rəqəm az olduğu üçün düşünmürəm ki, yoluxma sayına ciddi təsir etsin".

Aytən Zəhra
Azvision.az

Teqlər:   Məktəb  







Xəbər lenti