"Yoluxma artarsa, "Virtual məktəb"dən istifadə ediləcək" - Nazir

"Yoluxma artarsa, "Virtual məktəb"dən istifadə ediləcək" -  Nazir
  07 Sentyabr 2021    Oxunub:1721
"Teledərslər" layihəsi davam edəcək. Bu, çox uğurlu layihə idi. Bəzi valideynlər övladını məktəbə göndərməməklə bağlı "İltizam sənədi" alırsa, övladları buna baxmalıdır".
Azvision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkilinə dair brifinqdə deyib. Onun sözlərinə görə, bu günə qədər 10 mindən artıq yaxşı müəllimlərlə dərslər çəkilib.

""Virtual məktəb" layihəsinə ümid edirəm ki, ehtiyac olmayacaq. Əgər yoluxma sayı artarsa, "Virtual məktəb"dən tələbələrin öyrənməsi təmin ediləcək. Bu tədris ilində yoluxma dalğalarını görə bilərik və buna hazır olmalıyıq".

Aytən Zəhra
Azvision.az



Teqlər: Məktəb  





Xəbər lenti