Taliblər Məsudun məzarını təhqir edib - FOTO

Taliblər Məsudun məzarını təhqir edib -    FOTO
  07 Sentyabr 2021    Oxunub:1553
Əfqanıstanın Pəncşir əyalətini ələ keçirən “Taliban” silahlıları terrorçular tərəfindən öldürülmüş Şimal İttifaqının lideri Əhməd Şah Məsudun məzarını təhqir edib.
Azvision.az xəbər verir ki, bu barədə “1TV News” kanalının keçmiş rəhbəri Həmid Haydar “Twitter”də yazıb.

O, Məsudun təhqir olunmuş məzarının fotosunu da paylaşıb. Qarşı tərəf məsələyə münasibət bildirməyib.

Xatırladaq ki, Əfqanıstanın səhra komandiri, ölkənin müdafiə naziri olmuş Məsud 2001-ci ildə qətlə yetirilib. Onun oğlu Əhməd Məsud Pəncşirdəki müqavimət qüvvələrinə rəhbərlik edib. Dünən "Taliban" əyaləti ələ keçirdiyini və müharibənin bitdiyini bəyan etdi.



Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əfqanıstan   Əhməd-Məsud  





Xəbər lenti