İrandan kürd terrorçularına sərt xəbərdarlıq

      İrandan kürd terrorçularına sərt xəbərdarlıq
  08 Sentyabr 2021    Oxunub:931
İslam respublikasının təhlükəsizliyinə təhdid yaradacaqları təqdirdə İranın silahlı qüvvələri İraq Kürdüstanındakı terrorçu qruplaşmalara zərbə endirə bilər. TASS-ın məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusunun quru qoşunları qüvvələrinin komandanı, briqada generalı Möhəmməd Pakpur belə xəbərdalıq edib.
İRNA agentliyi Möhəmməd Pakpura istinadən yazır ki, Silahlı terrorçu qruplaşmalar Şimali İraqı İranla sərhəddə təhlükəsizliyə təhdid yaratmaq məqsədilə istigadə etməyə cəhd göstərirlər. General belə halın davam etməsinin İran üçün yolverilməz olduğunu və Tehranın terrorçulara buna uyğun cavab verəcəyini deyib. Buna görə də, bu rayonların əhalisi terrorçu qruplaşmaların yerləşdiyi ərazilərdən uzaq durmalıdırlar.
- İraq hökuməti və Kürdüstan muxtariyyətinin hökuməti bu ərazidə terrorçulara İranı təhdid edən özəklər yaratmağa qoymamalıdırlar. imkan verməməlidirlər. Bu yöndə istənilən qətiyyətsizliyi və səhlənkarlığı biz mehriban qonşuluq prinsipinin pozulması və ölkələrimiz arasındakı yaxşı münasibətlərə zidd olduğu hesab edirik,-deyə Pakpur vurğulayıb.
Qeyd edək ki, rəsmi Tehran ölkənin Qərb rayonlarının İran üçün gərginlik ocaqlarından biri olmasından çox narahatdır. İrana gələn qaçaqmalın əhəmiyyətli hissəsi məhz İraq sərhəddindən keçirilir. Bundna əlavə, İraq Kürdüstanı ilə sərhəddə vaxtaşırı iranlı sərhədçilərlə kürd qruplaşmalarının üzvləri arasında toqquşmalar yaşanır. Tehranın iddiasına görə, İrandakı anti-hökumət qüvvələrinin əhəmiyyətli hissəsi məhz İraq Kürdüstanında formalaşdırılır.

Sahil İsgəndərov

Azvision.az


Teqlər:





Xəbər lenti