Balı yaşından 40 dəfə çoxdur! 15 yaşlı tələbə sirrini "AzVision"a açdı

  07 Sentyabr 2021    Oxunub :3296
  Balı yaşından 40 dəfə çoxdur!  15 yaşlı tələbə sirrini "AzVision"a açdı
Səfərli Həmid Xəqani oğlu bu il "tələbə" adını qazananlar arasında ən kiçiyidir. 15 yaşı tələbə Azərbaycan Tibb Universitetində təhsil alacaq.
Həmid Səfərli bu yaşda tələbə olmağın sirrini Azvision.az ilə bölüşüb.

- Goranboy rayonunda doğulmuşam, birinci sinfə 4 yaşımda, elə rayonumuzda getmişəm. Bu yaşda oxumağa həvəsim bacım Leyla məktəbə gedəndə yarandı. Təkid etdim ki, valideyinlərim məni də məktəbə yazdırsınlar. Sağ olsunlar, istəyimi nəzərə aldılar və mən özümdən bir yaş böyük bacım Leyla ilə eyni sinifdə oxudum,- deyir Həmid,- Elə universitetə də onunla birgə hazırlaşdım. Bəxtimiz elə gətirdi ki, onunla eyni fakultəyə daxil olduq. Hər ikimiz Azərbaycan Tibb Universitetində dövlət sifarişi ilə əyani təhsil alacağıq. Mən 602 bal toplaya bildim, bacım isə 631. Anamız kimi yaxşı həkim olmağı arzu edirdik. İndi bu arzuya çatmağın sevincini yaşayırıq. Qürurluyuq!

Qeyd edək ki, bu il 44861 abituriyent ali təhsil müəssisələrinə qəbul olunub. 21856 nəfər dövlət sifarişi əsasında, 23005 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Azvision.az tələbə adı qazanmış bütün gəncləri təbrik edir, onlara gələcək təhsillərində müvəffəqiyyətlər arzulayır.







Şahanə Rəhimli
Azvision.az

Teqlər: Tələbə   Vunderkind  







Xəbər lenti