Azadlığa qovuşan ruhlar: Başlıbel qurbanlarının məzarları açıldı - VİDEO

      Azadlığa qovuşan ruhlar:    Başlıbel qurbanlarının məzarları açıldı -    VİDEO
  07 Sentyabr 2021    Oxunub:2457
İşğaldan azad olunan Kəlbəcərdə hər addımbaşı erməni vəhşiliklərinin insanlığa sığmayan izlərini görmək mümkündür.
O izlərdən ən dəhşətlisi Başlıbel kəndində qalıb. 1993-cü ildə Kəlbəcərin işğalı zamanı qurtulmağa macal tapmayan 62 kəlbəcərli 113 gün mağaralarda gizlənib. Təəssüf ki, onların yerini öyrənən erməni vandalları 12 nəfəri (12 yaşlı uşaq, 16 yaşlı yeniyetmə, 6 qadın, 6 kişi) qətlə yetirib, sağ qalanlar isə qaçıb başqa mağaralarda gizləniblər. Daha sonra geriyə qayıdaraq öldürülənləri elə paltarlı vəziyyətdə kütləvi şəkildə dəfn ediblər.

Baş Prokurorluğun təlimatı ilə, şahidlərin də verdiyi məlumatlar əsasında Başlıbel kəndində qətlə yetirilən 12 faciə qurbanının cəsədləri tapılıb. Yaxınlarının da iştirakı ilə götürülən nümunələr əsasında kimlikləri müəyyənləşdirilən 12 sivil yenidən Kəlbəcərdə dəfn edilib.



Qətlə yetirilənlərin ad və soyadları :
63 yaşlı Səmədov Yaqub İsa oğlu
54 yaşlı Əhmədova Büsat Əliş qızı
12 yaşlı Əhmədova Zövqiyyə Binnət qızı
60 yaşlı Əmralıyev Məhəmməd Abış oğlu
29 yaşlı Əmralıyev Surxay Məhəmməd oğlu
21 yaşlı Əmralıyev Çingiz Məhəmməd oğlu
16 yaşlı Əmralıyeva Aygün Məhəmməd qızı
67 yaşlı Həsənova Çiçək Mikayıl qızı
68 yaşlı Cəfərova Gülara Cəfər qızı
95 yaşlı Cəfərova Gülgəz Qədim qızı
22 yaşlı Abdullayev Vüqar İsa oğlu
52 yaşlı Əsgərov Əhliman Əvəz oğlu

Qeyd edək ki, Kəlbəcərdə 500-dən çox mülki vətəndaş ermənilər tərəfindən qətlə yetirilib, 54 mindən çox sakin isə bölgəni tərk etməyə məcbur qalıb. 300-dən çox kəlbəcərli əsir düşüb.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Kəlbəcər  





Xəbər lenti