Kabil hava limanındakı mövqeyimizi qoruyuruq – Ərdoğan

  07 Sentyabr 2021    Oxunub :340
  Kabil hava limanındakı mövqeyimizi qoruyuruq –    Ərdoğan
“Biz Kabil hava limanında Qətərin fəaliyyətinə də əvvəlcədən müsbət yanaşmışıq. Biz bu hava limanındakı fəaliyyətimizlə bağlı müsbət mövqeyimizi qoruduq, qoruyuruq”.
Azvision.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu sözləri Türkiyədə səfərdə olan Konqo prezidenti Feliks Tşisek ilə birgə keçirilən mətbuat konfransından sonra jurnalistlərin sualların cavablandırarkən söyləyib.

R.T.Ərdoğan deyib ki, hazırkı vəziyyətdə Əfqanıstanda əldə olunan müsbət nəticələr Türkiyənin nəzarəti altında baş vermir: “Proseslər Türkiyənin prinsiplərinə uyğun istiqamətdə davam edərsə, biz Qətərin fəaliyyəti də əsas olmaqla öz müsbət mövqeyimizi ortaya qoyarıq”.

“Taliban” hərəkatının Əfqanıstanın yeni hökumətinin tərkibini elan etməsi məsələsinə toxunan Türkiyə Prezidenti bu hökumətin nə qədər davam edəcəyinin bəlli olmadığını vurğulayıb: “Bu hökumətin nə qədər davam edəcəyini bilmirik, hər halda daimi olduğunu demək çətindir. Biz bu prosesi diqqətlə izləyirik. Ümid edirəm ki, bütün Əfqanıstan xalqı üçün yaxşı olacaq”.

Azvision.az


Teqlər: Ərtdoğan   Taliban  






Xəbər lenti