Hər şeyi bir gündə dəyişə bilmərik – Baş məşqçi

  07 Sentyabr 2021    Oxunub :397
   Hər şeyi bir gündə  dəyişə bilmərik –    Baş məşqçi
“Dünən də demişdim ki, asan olmayacaq. Çox güclü rəqibə qarşı oynayırdıq". Azvision.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya ilə keçirilən oyundan sonra deyib.
Güclü rəqibini Bakı Olimpiya Stadionunda qəbul edən yığmamız meydanı 0:3 hesablı məğlubiyyətlə tərk edib.

Matçdan sonra təşkil edilən mətbuat konfransında italiyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

- Sizə nə qədər vaxt lazımdır ki, azarkeşlərin üzü gülsün?
- Portuqaliya bizdən əvvəl yoldaşlıq görüşü keçirmişdi, heyətində çox dəyişiklik etmişdi. Bir çox oyunçusu tam hazır vəziyyətdə idi. İki komanda arasında texniki fərq də böyük idi. İrlandiya və Serbiya ilə oyunlara da baxmaq lazımdır. Bizim kimi komandaya bəzi oyunçuların yoxluğu əlavə problem yaradır. Bugünkü qarşılaşmaya da itkilərlə çıxmışdıq. Mövsümün əvvəli olduğu üçün bəzi oyunçuların fiziki durumu yaxşı deyil. İrlandiya ilə görüşün də ikinci hissəsini bu üzdən müdafiə ilə keçirdik. Halbuki həmin matçın ilk yarısında hücum futbolu sərgiləmişdik. Güc çatmayanda məcburiyyət qarşısında qalırıq.

- Azərbaycan millisi ilə irəliləyişə nail olmaq üçün sizə nə qədər vaxt lazımdır?
- Mənə nə qədər vaxt lazım olması problem deyil. Biz qrupda reytinq baxımından 5-ciyik. İlk növbədə bu mənada yüksəlməliyik. Hər şeyi bir gündə, bir dəqiqədə dəyişmək olmaz. Mən sehrbaz deyiləm. Əlimizdə olan oyunçular da bunlardır.

Azvision.az



Teqlər:   Byazi  







Xəbər lenti