“TurAz Şahini - 2021”: Qırıcılar səmaya qalxdı

  08 Sentyabr 2021    Oxunub :330
   “TurAz Şahini - 2021”:    Qırıcılar səmaya qalxdı
“TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərində Azərbaycan və Türkiyə HHQ-nin aviasiya vasitələri təlim planına əsasən təyin olunan hündürlükdə marşrut üzrə birgə uçuş tapşırıqlarını yerinə yetiriblər.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, tapşırığın senarisinə uyğun olaraq şərti düşmənin hava hücumundan müdafiə vasitələrinə, yerüstü hədəflərinə zərbələr endirmə və onun qırıcılarından yayınma manevrləri hərbi təyyarəçilər tərəfindən uğurla icra edilib.



Azvision.az

Teqlər: Təyyarə  







Xəbər lenti