Tələbələr qayıdır: Mənzil kirayəsi kəskin bahalaşacaq - Ekspert

  09 Sentyabr 2021    Oxunub :480
 Tələbələr qayıdır:   Mənzil kirayəsi kəskin bahalaşacaq -  Ekspert
Azərbaycanda ənənəvi tədrisin bərpa olunması qərarına əsasən, sentyabrın 29-dan ali təhsil, peşə təhsili və orta ixtisas təhsili müəssisələrində dərslər başlayacaq. İl yarımlıq fasilədən sonra ölkənin bütün universitetləri qapılarını tələbələrin üzünə açacaq. Ötən dövrdə təhsil müəssisələrində dərslər distant keçildiyi üçün bir çox tələbə Bakıda kirayələdiyi mənzili boşaldıb, rayona qayıtmışdı. Bu il I kurs tələbələri ilə yanaşı, onlar da oxuduqları təhsil ocaqlarına qayıdırlar.
Əfqanlar Azərbaycanda təhsil ala biləcəklərmi?
Rayondan Bakıya gələcək tələbənin kirayə evi axtarması və bu axının birdən-birə çoxalması kirayə mənzil bazarında qiymətlərin yüksəlməsinə təsir edir. Daşınmaz əmlak üzrə ekspert  Ramil Osmanlı Azvision.az-a açıqlamasında bildirib ki, artıq kirayə mənzil bazarında müraciətlərin sayında artımlar müşahidə olunmağa başlayıb. Onun sözlərinə görə, tələbin çoxalması qarşıdakı həftədə kirayə mənzil bazarında qiymətlərə də təsir göstərəcək:
"Düşünürəm ki, növbəti iki həftə ərzində bazarda qiymətlərin kəskin artmasını müşahidə edəcəyik və bu qaçılmazdır".


Lakin ekspert bu prosesin qısamüddətli olacağını və oktyabrın ikinci ongünlüyünə qədər davam edəcəyini qeyd edib. Daha sonra mənzil bazarında qiymətlər sabitləşəcək.

Bu gün bir sıra ali təhsil nüəssisələrinin yataqxanaları var və xeyli tələbə həmin yataqxanalarda qalır. Lakin R.Osmanlı indiki şəraitdə yataqxanaların kirayə mənzil axtaran tələbələrin heç 10 faizini əhatə etmədiyini vurğulayıb: "Yerdə qalan hissə kəskin şəkildə tələbi artırır. Nəzərə almaq lazımdır ki, Azərbaycanda əyani tədris proqramı iki ildir dayandırılıb və bu dövr ərzində rayonlardan gələn tələbələrin əksəriyyəti geri dönmüşdü. Nəticədə təkcə birinci kurs tələbləri deyil, evləri boşaldıb regionlara gedən tələbələr üçün də bu il situasiya fərqli olacaq".

Bu dəfə qiymətlərin hər il olduğundan daha çox artmasını müşahidə edəcəyik. Hazırda Yasamal, "Kubinka", "Montin" kimi yerlərdə birotaqlı fərdi yaşayış evlərinin kirayəsi minimum 200 manatdan başlayır. Bunlar 2-3 tələbənin bir otaqda məskunlaşdığı aşağı infrastrukturu və təminatı yaxşı olmayan mənzillərdir. Yəni təmir yaxşı deyil, evin içərisində məişət avadanlıqları azdır. Mikrorayon, Həzi Aslanov, Əhmədli, Yeni Yasamalda olan bina evlərində bir otaqlı mənzil 250-300 manatdan başlayır. Əgər evdə avadanlıqlar varsa, o zaman qiymət 300-350 manatdan arasında dəyişir. Rayonlardan Bakıya təhsil almaq üçün tələbələrin gəlməsi həmin mənzillərdə qiymətlərin 20 faiz artmasına səbəb olacaq, - deyə ekspert əlavə edib.

Aytən Zəhra
Azvision.az

Teqlər: Tələbə   Kirayə   Mənzil  







Xəbər lenti