"Azərbaycanlı pilot Qarabağda 58 hədəfi məhv edib"- Rusiya hərbi saytı

  "Azərbaycanlı pilot Qarabağda 58 hədəfi məhv edib"-   Rusiya hərbi saytı
  09 Sentyabr 2021    Oxunub:1680
Azərbaycanın İkinci Qarabağ müharibəsi zamanı tətbiq etdiyi uğurlu hərbi taktikalar, fərqli hərbi əməliyyatlar hələ də xarici ekspertlər və media tərəfindən araşdırılmaqdadır. Müharibənin başa çatmasından 10 ay keçməsinə baxmayaraq, bir sıra hərbi mütəxəssislər qısa zamanda zəfər çalmağı bacarmış ordunun aviasiyasını, quru qoşunlarının fəaliyyətini və s. məsələləri detallarına qədər analiz edirlər.
Azvision.az xəbər verir ki, bu gün Rusiyanın tanınmış hərbi saytlarından birində Azərbaycanlı pilotların məharətindən söz açılıb. Təlimlərdən görüntü yayan sayt iddia edir ki, məhz kadrlara düşən "Su-25"-lər Qarabağda Ermənistan qüvvələrinin mövqelərinə edilən hücumlarda uğurlu şəkildə iştirak ediblər.

“TurAz Şahini - 2021”: Qırıcılar səmaya qalxdı
Məqalədə qeyd edilir ki, bir sıra Rusiya informasiya saytlarının jurnalistləri oxuculara "TurAz Şahini-2021" adlı Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilərkən kadrlara düşən qırıcıları nəzərdən qaçırmamağı məsləhət bilib. Rusiyalı jurnalistlər deyirlər ki, diqqətli oxucular üçün Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus döyüş qırıcılarının üzərində yeni və çoxlu sayda xüsusi ulduz işarəsi gözə dəyib . Döyüş təyyarələrinin gövdəsinə bu cür işarələrin əlavə edilməsi isə məhv edilmiş hədəflərin sayını göstərir.


"Jurnalistlər Azərbaycan Hərbi Hava Qüvvələrinin Su-25 hücum təyyarələrindən birində 58 ulduz sayıblar. Bu səbəbdən də mütəxəssislər deyirlər ki, həmin təyyarənin ekipajı Dağlıq Qarabağdakı döyüşlər zamanı 44 günə eyni sayda düşmən hədəfinə zərbə endirməyi bacarıb. Üstəlik, oxucuların diqqətinə çatdırılır ki, Ermənistan ordusunun mövqelərinə edilən hücumlarda məhz bu görüntülənən Su-25 aktiv iştirak edib. Mütəxəssislər "TurAz Şahini-2021" hərbi təlimlərində iştirak edən başqa bir təyyarədə 38 işarəni sayıblar. Bu isə Azərbaycan ordusunun həmin döyüş təyyarəsindən çox istifadə etməməsi anlamına gəlir. Az ulduz onun əməliyyatlarda daha az fərqlənməsini göstərir. Ümumiyyətlə onlar Pilotsuz Uçuş Aparatlarından (PUA) daha çox istifadə edərək düşmən mövqelərinə uğurlu zərbələr endirməyə çalışdılar",-Rusiya hərbi nəşri yazıb.

Xatırladaq ki, Azərbaycan Ordusunun 44 gülük Vətən müharibəsi zamanı tətbiq etdiyi bir sıra uğurlu hərbi taktikaları hər zaman beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilib. Şuşa əməliyyatı, 21-ci əsrin müharibəsini aparan hərbçilərimizin ən müasir texnikalardan, PUA və digər yeni silahlardan səmərəli istifadə etməsi xarici medianın da diqqətini hələ də çəkməkdədir. Bir sıra ali hərbi məktəblərdə isə Qarabağ müharibəsindəki əməliyyatlar və taktiki gedişlərin dərsliklərə salındığı bildirilir.

Tural Tağıyev
Azvision.az



Teqlər:   Təlim   Azərbaycan   Döyüş-Təyyarəsi   Qarabağ  





Xəbər lenti