Laçında birgə döyüş atışlı taktiki təlim davam edir - VİDEO

  09 Sentyabr 2021    Oxunub :455
   Laçında birgə döyüş atışlı taktiki təlim davam edir -    VİDEO
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Laçın rayonunda keçirilən birgə döyüş atışlı taktiki təlim davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, təlimin növbəti günündə xüsusi təyinatlı qruplarla mürəkkəb relyefli ərazilərdə kəşfiyyatın aparılması, əlaqə yollarında pusquların qurulması, ərazidə təxribat qruplarının aşkarlanması və məhv edilməsi, o cümlədən müxtəlif maneələri dəf edərək gizli yollarla şərti düşmənə yaxınlaşma tapşırıqları icra olunub. Xüsusi təyinatlılar qarşıya qoyulan tapşırıqları yüksək peşəkarlıqla yerinə yetiriblər.



Azvision.az

Teqlər: Laçın   Təlim  







Xəbər lenti