Kino aləmi "Professional"ı ilə vidalaşır: Belmondo FOTOLARDA

   Kino aləmi    "Professional"ı ilə vidalaşır: Belmondo    FOTOLARDA
  09 Sentyabr 2021    Oxunub:2272
Bu gün dünya kinosunun əfsanələrindən olan Jan-Pol Belmondo ilə vida mərasimi keçiriləcək. Azvision.az xəbər verir ki, aktyorun qohum və dostları ilə yanaşı çoxsaylı pərəstişkarlarının da mərasimə qatılacağı gözlənilir. Dünya şöhrətli fransız aktyor pərəstişkarlarının yaddaşında əvəzolunmaz bir sənətkar kimi qalacaq.
Qeyri-adi cazibəsi, istedadı, xarizması onu bütün yaş dövrlərində yalnız fransızların deyil, bütün dünyanın sevimli aktyoruna çevirib. Xoşbəxt bir aktyor taleyi yaşayan Belmondoya peşəkar rejissorlarla işləmək nəsib olub. Jan-Lyuk Qodarın "Son nəfəsdə" filmindəki ilk rolu ona dünya şöhrəti qazandırıb. Həmin dövrlərdə ən yaxşı aktrisalar, ən gözəl qadınlarla birgə rol almaq da şans məsələsi idi. Sofi Loren, Gina Lolobrigita, Klaudia Kardinale, Katrin Denev, Janna Moro bu qəbildən olan aktrisalardır. Belmando bu şansa da sahib oldu.



Jan-Pol Belmondo vəfat etdi
Onun rol aldığı "Kartuş", "Professional", "Möhtəşəm", "Çoçara", "Pyero" və s. filmlərə hələ də böyük həvəslə baxılır. Fransız aktyor dəfələrlə nüfuzlu mükafatlara layiq görülüb. "Qızıl palma" "Qızıl Aslan" ı isə dünya kinosuna verdiyi töhfələrə görə alıb.
Belmondo təkcə ən yaxşı aktyorluq bacarığı ilə deyil, öz peşəsinə sərgilədiyi yüksək münasibəti ilə də xarakterizə olunur.



Bir dəfə çəkiliş başlamazdan əvvəl, ona böyük qızının yanğın nəticəsində ölməsi xəbərini veriblər. Belmondo səhnəyə çıxaraq öz rolunu oynayıb və sonra səhnə arxasına keçən zaman ürək tutması nəticəsində yıxılıb.



Onun mükafatların birindən imtina etməsi də yaddaqalan hadisə olub. Fransız aktyor uğurla ifa etdiyi rola görə "Sezar" mükafatına layiq görülübmüş. Ancaq mükafat kimi təqdim olunan heykəlciyi yaradan heykəltəraş Belmondonun atası haqqında əsassız fikirlər səsləndiribmiş. Bu səbəbdən də aktyor mükafatdan imtina edib. Dünya kinosunun dahisi belə bir şəxsiyyət idi...



Jan-Pol Belmondo 3 gün öncə dünyadan köçdü. Amma o bizim yaddaşımızda rol aldığı filmləri tək- ən “Möhtəşəm” insan, və ən böyük "Professional" kimi qalacaq.

























Tural Tağıyev
Azvision.az



Teqlər:   Jan-Pol-Belmondo   Aktyor   Mükafat   Vəfat   Fransız  





Xəbər lenti