Ermənistanın müharibə cinayətləri təhlükəsiz təhsil almaq hüququnu məhdudlaşdırıb - Nazir

   Ermənistanın müharibə cinayətləri təhlükəsiz təhsil almaq hüququnu məhdudlaşdırıb -    Nazir
  09 Sentyabr 2021    Oxunub:1232
"Bu gün - 9 sentyabr tarixi Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 74/275 saylı qətnaməsinə əsasən Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilir. Ermənistanın azərbaycanlı məktəblilərə qarşı törətdiyi müharibə cinayətləri nəticəsində uşaqların təhlükəsiz şəraitdə təhsil almaq hüququ məhdudlaşdırılıb".
Azvision.az -ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir qeyd edib ki, Ermənistanın azərbaycanlı məktəblilərə qarşı törətdiyi müharibə cinayətləri nəticəsində şagirdlər həyatını itirib, məktəblərimiz məhv edilib, yaxud qəzalı vəziyyətə düşüb: "Bütün dünya ictimaiyyəti törədilən bu vəhşiliklərə qarşı birlikdə səsini ucaltmalı, uşaqların təhlükəsiz gələcəyi üçün biganə qalmamalıdır. Təhsil Nazirliyi olaraq hər bir vətəndaşımızı #EducationUnderAttack və #UnitetoProtect həştəqləri altında ediləcək paylaşımlara dəstək olmağa çağırırıq".



Azvision.az



Teqlər: Ermənistan   Terror   Məktəb  





Xəbər lenti