Qarabağdakı sülhməramlı kontingentə yeni komandan təyin olunub

  09 Sentyabr 2021    Oxunub :828
 Qarabağdakı sülhməramlı kontingentə yeni komandan təyin olunub
Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin yeni komandanı təyin edilib.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu vəzifəyə Rusiyanın Cənub Hərbi Dairəsindəki 58-ci ümumqoşun ordusunun komandan müavini vəzifəsində çalışmış Mixail Kosobkov təyinat alıb.

General-mayor Abxaziyadakı rus hərbi bazasına da rəhbərlik edib.

Kosobkov bu gün İrəvanda Ermənistanın müdafiə naziri Arşak Karapetyanla görüşüb. Görüşdə Ermənistandakı 102 -ci Rusiya hərbi bazasının yeni komandiri polkovnik Dmitri Ovçarov da iştirak edib.

Karapetyan onların hər ikisini yeni təyinatları münasibətilə təbrik edib, Rusiyanın bölgədəki hərbi-siyasi vəziyyətin sabitləşməsinə yönəlmiş səylərini, həmçinin Dağlıq Qarabağdakı sülhməramlı missiyanın işini yüksək qiymətləndirib.
O, Ermənistanda yerləşən Rusiya bazasının vacib rolunu və əhəmiyyətini vurğulayıb.

Xatırladaq ki, Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri general-leytenant Rüstəm Muradov vəzifəsini başa çatdırıb. Muradov bu postda 10 ay çalışdı.

Pərvanə Sultanova
Azvision.az

Teqlər:







Xəbər lenti