İran Şanxay Əməkdaşlıq Təşkilatına qoşulur

  09 Sentyabr 2021    Oxunub :2048
   İran Şanxay Əməkdaşlıq Təşkilatına qoşulur
İranın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) qoşulması prosedurunun başlaması təşkilatın Tacikistanda keçiriləcək növbəti sammitində elan ediləcək. Azvision.az bu barədə İran mətbuatına istinadla xəbər verir.
İranın qoşulması ilə təşkilata üzv ölkələrinin sayı 9 olacaq. Xatırladaq ki, ŞƏT-in sammiti 16-17 sentyabrda Düşənbədə keçiriləcək.

Hazırda təşkilatın üzvləri Rusiya, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan və Özbəkistandır.

Əfqanıstan, Belarus, İran və Monqolustan müşahidəçi-ölkələr, Azərbaycan, Türkiyə, Kamboca, Nepal, Şri-Lanka, Ermənistan isə tərəfdaş ölkələrdir.

Səbinə Həsənova
Azvision.az

Teqlər:







Xəbər lenti