İlham Əliyev Estoniyanın yeni pezidentinə məktub göndərib

  09 Sentyabr 2021    Oxunub :384
 İlham Əliyev Estoniyanın yeni pezidentinə məktub göndərib
Preizdent İlham Əliyev Estoniya Respublikasının yeni seçilmiş Prezidenti Alar Karisə təbrik məktubu ünvanlayıb.
Azvision.az xəbər verir ki, təbrik mətnində deyilir:

"Hörmətli cənab Karis,

Estoniya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Estoniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Estoniya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm".

Azvision.az

Teqlər: İlham-Əliyev   Estoniya  







Xəbər lenti