Fərdi təhsil üzrə nümunəvi tədris planı təsdiq edilib

Fərdi təhsil üzrə nümunəvi tədris planı təsdiq edilib
  09 Sentyabr 2021    Oxunub:524
Fərdi təhsil üzrə nümunəvi tədris planı təsdiq edilib.
Azvision.az xəbər verir ki, bununla bağlı təhsil naziri Emin Əmruallayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, tədris planı üzrə ibtidai təhsil səviyyəsində dərslər həftədə 3, ümumi orta təhsil səviyyəsində 3-4 gün təşkil edilir. Dərs məşğələlərinin müddəti 45 dəqiqədir. Dərs saatı həftədə 0,5 saat olan fənlər dərs cədvəlində qeyd edilməklə həftəaşırı tədris olunur. İbtidai və ümumi orta təhsil səviyyələri üzrə tədris ili iki yarımilə bölünür:

birinci yarımil: 15 sentyabr – 26 yanvar;
ikinci yarımil: 1 fevral – 14 iyun.

Tədris ili ərzində aşağıdakı tətillər müəyyən olunur:

payız tətili: 16-20 noyabr (5 gün);
qış tətili: 27-31 yanvar (5 gün);
ibtidai siniflər üçün əlavə tətil: 1-5 may (5 gün).

Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.

Azvision.az



Teqlər: Təhsil  





Xəbər lenti