The İntercept: "Koronavirus ABŞ-ın pulu ilə yaradılıb" - Qalmaqallı sənədlər

  The İntercept:  "Koronavirus ABŞ-ın pulu ilə yaradılıb" -  Qalmaqallı sənədlər
  09 Sentyabr 2021    Oxunub:1883
ABŞ-ın “The Intercept” araşdırma mərkəzi “İnformasiya azadlığı haqqında” qanuna əsasən ABŞ-ın Milli Sağlamlıq institutuna qarşı qaldırdığı iddia nəticəsində 900 səhifəlik çox maraqlı və detallı məlumatla tanış olmaq imkanı qazanıb. Mərkəzin dərc etdiyi sənədlərdən bəlli olur ki, ABŞ-da ən azı 4 koronavirus növü yaradılıb.
Azvision.az xəbər verir ki, mərkəzin öz saytında yayımladığı araşdırmada Nyu-Yorkun “EcoHealth Alliance” qurumunun büdcə vəsaiti hesabına Çində koronavirusla bağlı genişmiqyaslı tədqiqatlar apardığı və ABŞ-da onları süni şəkildə yaratdığı bildirilir.

Araşdırmada “yarasaların virus təhlükəsi riskinin anlaşılması” istiqamətində ABŞ-ın Səhiyyə nazirliyinin “EcoHealth Alliance” qurumuna ayırdığı qrant barədə sənədlər yer alıb. Bəlli olur ki, 2014-2019-cu illərdə bu məqsədlərə ayrılan 3,1 milyon dolların 750 mini məhz Uhandakı virusologiya institutuna çatıb. Bundan başqa, tədqiqatlarda Şanxaydakı Şərqi-Çin pedaqoji institutu, Endemik xəstəliklərə nəzarət və onların qarşısının alınması üzrə Yunan və Quandan institutları, habelə Şimali Karolina universiteti iştirak ediblər.

Bir neçə mərhələli layihənin birinci hissəsində analizlərin toplanması həyata keçirilib. Bu analizlərin Çinin cənubunda təbiətdə yaşayan minlərlə yarasadan, ölkənin 4 əyalətində ovçuluqla və bazarlarda heyvanların satışı ilə məşğul olan 1660 adamdan götürülməsi planlaşdırılıb. Bundan əlavə, tədqiqatlar bazarlarda satılan gəlinciklərə də şamil edilib. Sənədlərə əsasən, yığılan analizlər Uhandakı virusologiya institutunun laboratoriyasına, orada bir sıra prosedurlardan sonra isə ABŞ-a göndərilməli idi.

“EcoHealth Alliance”ın sənədlərində analizlərin toplanması və tədqiqatların aparılmasının riskli əməliyyat olduğu vurğulansa da, təşkilat bütün iştirakçıların zəruri qoruma tədbirləri görəcəyini, Uhanda isə 3-cü dərəcəli təhlükəsizlik laboratoriyasının işə salınacağını bildirib. Amma layihədə yalnız tədqiqatların aparılması ilə məhdudlaşmayaraq, süni virusun yaradılmasını və onu insana yoluxdurmaqla yoxlamağı da nəzərdə tutub.

Maraqlıdır ki, ABŞ Dövlət departamentinin rəsmisi Cen Psaki ölkəsinin Uhandakı bu tədqiqatları maliyyələşdirməsi barədə ona verilən sualı cavabsız qoyaraq, keçirdiyi ənənəvi brifinqi təcili surətdə tərk edib. Daha doğrusu, faktiki olaraq, meydandan qaçıb.


Sahil İsgəndərov
Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti