Əfsanənin davamı: Yeni “Matrix”in treyleri yayımlandı – VİDEO

      Əfsanənin davamı:    Yeni “Matrix”in treyleri yayımlandı –    VİDEO
  09 Sentyabr 2021    Oxunub:2332
Bu gün “Warner Bros.” studiyası məşhur “Matrix” trilogiyasının çoxdan gözlənilən dördüncü hissəsinin çoxdan gözlənilən treylerini yayıb. Franşizanın yeni bölümü “Resurrection” (“Dirilmə”) adlanır.
Treylerdən bəlli olur ki, Neo və Triniti rollarını yenə də Kianu Rivz ilə Kerri-En Moss oynayacaqlar. Onlar Matrisada yaşayır, əvvəlki həyatlarını və münasibətlərini xatılrlamır, amma hiss edirlər ki, ətrafdakı dünyanın reallığı nəsə şübhəlidir... Tezliklə yenidən qırmızı və göy həblərlə üzləşirlər.

Filmin rejissoru orijinal trilogiyanın müəllifi, keçmiş Vaçovski qardaşlarından biri, indi isə qadına çevrilmiş Lana Vaçovski bacıdır.

Yeni "Matrix" ekranlara dekabrın 16-da çıxacaq, 22-də isə “HBO Max” striminq servisində yayımlanacaq.



Samir
Azvision.az


Teqlər: Kino   Matrix  





Xəbər lenti