Belmondo ilə vida mərasimi keçirilib - VİDEO

   Belmondo ilə vida mərasimi keçirilib -    VİDEO
  09 Sentyabr 2021    Oxunub:1674
Dünyaca məşhur aktyor Jan-Pol Belmondo ilə Parisdə vida mərasimi keçirilib. Mərasimdə Fransa prezidenti Emmanuel Makron da iştirak edib.
Azvision.az xəbər verir ki, aktyor sentyabrın 6-da 88 yaşında dünyasını dəyişib.

Ailə üzvlərinin, aktyorun həmkarları və hökumət nümayəndələrinin qatıldığı vidada Makron çıxış edib. O, Belmondonu ekranda minlərlə həyat yaşamış qəhrəman adlandırıb. Prezidentin çıxışından sonra Fransanın dövlət himni çalınıb.

Belmondo 9 aprel 1933-cü ildə Fransada anadan olub. Ona şöhrəti Jan Lyuk Qodarın "Son nəfəsdə" (1960) filmindəki rolu gətirib. Həmçinin, aktyor "Çoçara" (1960), "Qadın qadındır" (1961), "Pyero " (1965), "Oğru" (1967), "Doktor Popol" (1972), "Professional" (1981) və digər filmlərdə parlaq rolları ilə yadda qalıb.

O, "Sezar" mükafatına layiq görülüb, Kann Film Festivalında "Qızıl Palma" alıb, dünya kinosuna verdiyi töhfəyə görə "Qızıl Aslan Mükafatı" ilə təltif edilib.




Azvision.az



Teqlər: Jan-Pol-Belmando   Vida  





Xəbər lenti