“TurAz Şahini - 2021” birgə təlimləri davam edir - VİDEO

  10 Sentyabr 2021    Oxunub :498
   “TurAz Şahini - 2021” birgə təlimləri davam edir -    VİDEO
“TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərinin planına əsasən Azərbaycanın və qardaş Türkiyə Respublikasının döyüş təyyarələri əməliyyat uçuşları yerinə yetiriblər.
Bu barədə Azvision.az -a Müdafiə Nazirliyindən məlumat verilib. Təlimlərdə hər iki ölkənin Hərbi Hava Qüvvələrinin iştirakı ilə birgə əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyətin və fərqli xüsusiyyətlərə malik döyüş təyyarələri arasında rabitə əlaqəsinin uzlaşdırılması imkanları öyrənilir.



Eyni zamanda havadan zərbələr endirməklə şərti düşmənin hava hücumundan müdafiə vasitələri və hərbi təyinatlı strateji obyektlərinin məhv edilməsi, o cümlədən yaxın hava döyüşü və digər tapşırıqlar müvəffəqiyyətlə icra olunur. Təlimlər sentyabrın 17-dək davam edəcək.




Azvision.az

Teqlər: Hərbi-təlimlər  







Xəbər lenti