"Rəqabətimiz bütün dünyaya təhlükə yaradır" - Bayden Si Tszinpinlə danışıb

      "Rəqabətimiz bütün dünyaya təhlükə yaradır"    - Bayden Si Tszinpinlə danışıb
  10 Sentyabr 2021    Oxunub:936
ABŞ prezidenti Co Bayden ilə Çin rəhbəri Si Tszinpin arasında telefon danışığı olub. Azvision.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Qeyd edilir ki, dövlət başçıları təkcə iki ölkənin maraqlarının üst-üstə düşdüyü məsələlərə deyil, hətta Çinlə ABŞ maraqlarının toqquşduğu sahələrə də toxunublar.
Si Tzsipin Pekin və Vaşinqton arasındakı qarşıdurmanın yalnız iki ölkəni deyil, bütün dünyanı təhlükəyə ata biləcəyini söyləyib. "Bu, iki ölkə xalqlarının əsas maraqlarına və bütün dövlətlərin ümumi maraqlarına uyğun gəlmir",- Çin Mərkəzi Televiziyası ölkə rəhbərindən sitat gətirib.

Qeyd edək ki, Co Bayden və Si Tszipin sonuncu dəfə telefonla təxminən 7 ay əvvəl danışmışdılar.

Tural Tağıyev
Azvision.az



Teqlər: ABŞ   Çin  





Xəbər lenti