Mikayıl Cabbarov: "Elektron ticarətin artırılması davam etdiriləcək"

      Mikayıl Cabbarov:    "Elektron ticarətin artırılması davam etdiriləcək"
  10 Sentyabr 2021    Oxunub:1363
2021-ci ilin yeddi ayı ərzində Azərbaycanın türkdilli ölkələrlə ticarət dövriyyəsi 2,6 milyard manat və ya ümumi dövriyyənin 15 faizini təşkil edib.
Azvision.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Türk Şurası ölkələrinin iqtisadiyyat nazirlərinin 10-cu iclasında deyib.

Nazir bildirib ki, Azərbaycanın Macarıstanla ticarət dövriyyəsi isə 75 faiz artıb:

"Biz innovasiyaların elektron ticarətə tətbiqi üzrə türkdilli dövlətlərlə əməkdaşlığı davam etdiririk. Bir müddət əvvəl Türkiyə tərəfi ilə bununla bağlı razılıq əldə edilib. Ölkədə elektron ticarətin artırılması üzrə işlər davam etdiriləcək. Bu baxımdan biz türkdilli ölkələrlə imzalanması nəzərdə tutulan müvafiq memorandumu hazırlayırıq".

Nazirin sözlərinə görə, nəqliyyat sahəsində tranzit yükdaşımaların artırılması planlaşdırılır:

"Biz, həmçinin bərpa olunan enerji mənbələri, tullantıların təkrar emalı və yaşıl texnologiyalar sahəsində layihələr üzrə işləyirik".

O əlavə edib ki, iclasın yekununda ticari-iqtisadi xarakterli bir sıra sənəd və sazişlərin imzalanması nəzərdə tutulur.

Aytən Zəhra
Azvision.az


Teqlər: Elektronticarət  





Xəbər lenti