Ağsu sakinindən 85 kq-dan artıq narkotik götürülüb

Ağsu sakinindən 85 kq-dan artıq narkotik götürülüb
  10 Sentyabr 2021    Oxunub:942
Baş Narkotiklərlə Mübarizə İdarəsi və Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a bildirilib ki, daxil olmuş əməliyyat məlumatı əsasında polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayonun Bico kənd sakini, əvvəllər də dəfələrlə məhkum olunmuş Bəhruz Mahmudov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə keçirilən baxış zamanı oradan aqrotexniki qulluq göstərilmiş, ümumi çəkisi 85 kiloqramdan artıq olan 13 ədəd çətənə kolu aşkarlanaraq maddi sübut kimi götürülüb.

Araşdırma zamanı saxlanılan şəxsin narkotik tərkibli bitkiləri bir müddət həm şəxsi istifadəsi, həm də satış məqsədilə becərdiyi məlum olub. Faktla bağlı Ağsu rayon Polis Şöbəsində cinayət işi başlanılıb, Bəhruz Mahmudovun ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti