Dərmana nə qədər xərcləyirik? Ciddi rəqəmdir

 Dərmana nə qədər xərcləyirik?  Ciddi rəqəmdir
  10 Sentyabr 2021    Oxunub:1229
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda istehlakçılar tərəfindən pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatlara 580,5 mln. manat xərclənib.
Azvision.az -ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 31,4% artıb. Cari ilin təkcə avqust ayında sözügedən göstərici 75,1 mln. manat təşkil edib ki, bu da iyul ayı ilə müqayisədə 5% çoxdur.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 2,2%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.

Azvision.az


Teqlər: Dərman  





Xəbər lenti