"Nu poqodi!" ekranlara qayıdır

  10 Sentyabr 2021    Oxunub :435
   "Nu poqodi!" ekranlara qayıdır
Rusiyada Sovet dövrünün məşhur cizgi filmlərindən olan "Nu, poqodi"nin ardı çəkilir.
Azvision.az xəbər verir ki, bu barədə "Soyuzmultfilm" in baş prodüseri Yulia Osetinskaya məlumat verib. Onun sözlərinə görə, əsas qəhrəmanlar olan canavarla dovşanı Qarik Xarlamov və Dmitri Xrustalev səsləndirəcək.

Onun sözlərinə görə "Nu poqodi!"nin premyerası bu ilin sonunda olacaq.

Yaradıcılar yeni canavar obrazının tamamilə fərqli görünəcəyini söyləyirlər. Onun uzun köynəyi və dişləri arasında olan siqaret əvəzinə idman ayaqqabısı və dəbli saç düzümü alacaq. Xarlamov isə səsləndirəcəyi obrazı dəbli bir hipster kimi təsvir edib.

Cizgi filminin yeni versiyasındakı dovşanı komediyaçı və İvan Urqant şousunun aparıcısı Dmitri Xrustalev səsləndirəcək.

Cizgi serialının çəkilişlərinə 2020 -ci ildə başlanılıb. İlk mövsüm 52 hissədən ibarət olacaq.

Tural Tağıyev
Azvision.az

Teqlər: Cizgi-filmi  







Xəbər lenti