ABŞ səfirinin Rusiya XİN- ə çağırılma səbəbi açıqlandı

  10 Sentyabr 2021    Oxunub :394
   ABŞ səfirinin Rusiya XİN- ə çağırılma səbəbi açıqlandı
ABŞ-ın Moskvadakı səfiri Con Sallivan Rusiya Xarici İşlər Nazirliyində xarici işlər nazirinin müavini Sergey Ryabkovla görüşüb. Bu barədə RİA Novosti -yə ABŞ diplomatik missiyasından bildirilib.

Görüşdə ABŞ prezidenti Co Baydenin Rusiya ilə sabit əlaqələr qurmaq niyyətinə uyğun olaraq ikitərəfli problemlər müzakirə edilib.

Qeyd edək ki, bundan öncə Rusiya Xarici İşlər Nazirliyindəki diplomatik mənbə RİA Novosti -yə ABŞ səfirinin Rusiya seçkilərinə müdaxilə səbəbilə çağırıldığını bildirmişdi.

Şahanə Rəhimli

Teqlər: Rusiya  







Xəbər lenti