Yevgeni Ziniçevi o əvəz edir - Putin sərəncam imzaladı

Yevgeni Ziniçevi o əvəz edir -    Putin sərəncam imzaladı
  10 Sentyabr 2021    Oxunub:1797
Rusiyada Fövqəladə Hallar naziri vəzifəsini müvəqqəti general-polkovnik Aleksandr Çupriyan icra edəcək.
Azvision.az xəbər verir ki, bununla bağlı Rusiya Prezidenti Vladimir Putin sərəncam imzalayıb. Sərəncam hüquqi məlumatların internet portalında dərc edilib.

Qeyd edək ki, Rusiyanın fövqəladə hallar naziri, ordu generalı Yevgeni Ziniçev Norilskdə keçirilən idarələrarası təlimlərdə kinorejissor Aleksandr melnikovun həyatını xilas edən zaman baş verən bədbəxt hadisə nəticəsində həlak olub.

55 yaşlı Y.Ziniçev 2018-ci ildə Rusiyanın fövqəladə hallar naziri təyin olunmuşdu.

Şahanə Rəhimli

Azvision.az



Teqlər: Rusiya  





Xəbər lenti