Seçicinin ürəyinə yol pornodan keçir?!

   Seçicinin ürəyinə yol    pornodan keçir?!
  10 Sentyabr 2021    Oxunub:2737
Oktyabrın 2-də bələdiyyə seçkisinə hazırlaşan Gürcüstanda prezidentliyə keçmiş namizəd, “Girçi” partiyasının rəhbəri Zurab Caparidze seçkiqabağı reklamlarını “Pornhub” saytında yerləşdirib. Pornosaytda onun “Ölçüləri böyüdəcəyimi vəd etmirəm!” və “Daha çox seks, daha çox azadlıq” şüarları əsasında hazırlanan bannerlər göstərilir.
Caparidze bunu “adi işgüzar qərar” adlandırıb. Onun sözlərinə görə, sentyabrın 8-də cəmi 4 saat ərzində bannerlərə 40 000 baxış gəlib ki, bu da gürcü auditoriyası üçün ən yüksək göstəricidir.

- Gürcüstanda hər bir istifadəçi “Pornhub” saytında orta hesabla 8-9 dəqiqə vaxt keçirir. Bu zaman ərzində o, gözünün qırağı ilə mənim bannerimi görəcək. Məncə, bu, televiziyalarda reklam verməkdən və küçələrə plakat yapışdırmaqdan min dəfə effektlidir,- Caparidze bildirib.

Gürcü seçicilər gözlərinin qırağı ilə batano Caparidzenin reklamını görəcəklər, bunu başa düşdük. Sual isə başqadır: Bəs onlar haraları ilə səs verəcəklər?

Samir Quliyev

Azvision.az


Teqlər: Gürcüstan   Seçki  





Xəbər lenti