"Yeni hökumətdə qadınlar olmayacaq" - "Taliban" nümayəndəsi

   "Yeni hökumətdə qadınlar olmayacaq" -    "Taliban" nümayəndəsi
  10 Sentyabr 2021    Oxunub:1417
Əfqanıstanın yeni hökumətində qadınlar təmsil olunmayacaq. Bu barədə "Taliban"ın nümayəndəsi Seyid Zəkrullah Haşimi deyib.
Onun sözlərinə görə, qadınlar yeni hökumətdə heç bir vəzifə tutmayacaq. Onların vəzifəsi uşaq dünyaya gətirmək və övladlarına təhsil verməkdir.

Bundan əvvəl "Taliban"ın nümayəndəsi Zabiullah Mücahid sentyabrın 9-da bildirmişdi ki, Əfqanıstanın yeni hökumətində qadınlar üçün də vəzifələr olacaq. Bir gün əvvəl "Taliban" müvəqqəti hökumətin tərkibini açıqladı və belə bir ehtimalı faktiki olaraq istisna etdi.

Şahanə Rəhimli
Azvision.az



Teqlər:





Xəbər lenti