Türkiyədə avtobus yanıb, ölən və yaralılar var

Türkiyədə avtobus yanıb,    ölən və yaralılar var
  11 Sentyabr 2021    Oxunub:1420
Türkiyənin paytaxtı Ankara şəhərində ağır yol qəzası baş verib.
Azvision.az -ın məlumatına görə, Çankaya rayonunda idarəetmədən çıxan sərnişin avtobusu əvvəlcə dirəyə çırpılıb, sonra isə yanmağa başlayıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qəza zamanı 1 nəfər həlak olub, daha 20 nəfər yaralanıb. Yaralılardan 3-nün vəziyyətinin ağır olduğu bildirilir. Qeyd edilir ki, avtobusun sürücüsü polis tərəfindən saxlanılıb.

Azvision.az .


Teqlər: Türkiyə   Avtobus  





Xəbər lenti