"Birdən yenə bağlandı..." Valideynlər məktəbli forması almağa tələsmirlər

  "Birdən yenə bağlandı..."  Valideynlər məktəbli forması almağa tələsmirlər
  11 Sentyabr 2021    Oxunub:1636
Azərbaycanda ənənəvi tədrisin bərpa olunması qərarına əsasən, sentyabrın 22-dən respublikanın bütün məktəblərində dərslər başlayır. Belə ki, sentyabrın 22-dən l-IV siniflər, 29-dan isə V-XI siniflər məktəbə gedəcəklər. Məktəb hazırlıqları artıq başlayıb. Valideynlər övladlarının üçün qələm, dəftər və digər məktəbli ləvazimatları alır. Lakin məktəbli üçün ən əsası məktəbli formasıdır.
Gəlib çıxırıq Emin Əmrullayevin başa düşmədiyi suala: Ötən tədris ili pandemiya səbəbindən davamlı olmadığı üçün, övladlarının məktəb hazırlığına sərf etdikləri xərclər boşa çıxan valideynlər bu il məktəbli forması almaqda tərəddüd edirlər. Bakı Tikiş Evinin satış müdiri Etibar Əzimov da Azvision.az -a açıqlamasında bunu təsdiqləyib. O bildirib ki, təhsil nazirinin dərslərin açılması barədə qərarından sonra satış mərkəzlərinə müraciət edənlər var. Lakin əvvəlki kimi kütləvi axın yoxdur: "Hər gün valideynlər övladları ilə satış mərkzələrimizə gəlib paltar alırlar. Əsasən ibtidai sinif, xüsusilə övladları bu il birinci sinifə gedəcək valideynlər gəlirlər. Bizim anbarlarda yetəri qədər paltar yığılıb. Eyni zamanda Türkiyədən parçalarımız da gəlib. Əgər ehtiyac olarsa, təlabatı qarşılamağa hazırıq".

Bütün dünyada artıq məktəblərin açıldığını deyən E.Əzimov valideynləri o haqda düşünməməyə və övladları üçün geyim almağa çağırıb: "Dünya Səhiyyə Təşkilatı da məktəblərin açılmasını dəstəkləyir. İnsanlarımız 100 min manatlıq maşın alır, heyfsilənmir, amma deyir ki, 40 manatı boşa verməyim. Övladının təhsilini fikirləşən valideyn heç nəyə baxmamalıdır".

Pandemiyaya baxmayaraq, məktəbli formalarının qiymətlərində heç bir dəyişiklik olmayıb. E.Əzimov bildirib ki, I-VI siniflər üçün formalar 40 manat, VII-XI siniflər üçün 46 manatdır: "26-42 ölçülü tək şalvarlar 15 manat, 44-56 ölçüdə olanlar isə 18 manatdır. Eyni zamanda, tək yubkaların da qiyməti müvafiq olaraq 15 və 18 manat təşkil edir”

Aytən Zəhra
Azvision.az


Teqlər: Məktəbli-forması  





Xəbər lenti