"Rusiya bizə hücum edəcək" - Estoniyalı general

 "Rusiya bizə hücum edəcək" -  Estoniyalı general
  11 Sentyabr 2021    Oxunub:888
TASS agentliyinin məlumatına görə, Estoniyanın Müdafiə Qüvvələrinin Komandanı, general-leytenant Martin Herem ETV telekanalının efirində tezliklə Rusiyanın onun ölkəsinə hücum edəcəyini gözlədiyini bildirib. Hərbçinin fikrincə, bu yaxın bir neçə ildə baş verə bilər.
- Biz deyirik ki, Rusiya təhlükə yaradır və hücum edə bilər. Amma nə vaxt? Gələn ilmi, yaxın üç il ərzindəmi? Biz başa düşməliyik ki, bu yaxın bir neçə ildə baş varə bilər,- deyə Herem vurğulayıb.

Estoniyalı komandanın ehtimalına görə, belə hücum hibrid müharibənin digər elementlərilə müşaiyət olunmaqla, hərbi qüvvələrin məhdud vaxtlı müdaxiləsi şəklində həyata keçirilə bilər.

Sahil İsgəndərov
Azvision.az


Teqlər: Estoniya   Rusiya  





Xəbər lenti