Ukrayna peyvənd rekordunu yenilədi: Bir günə 183 min vaksin vurulub

Ukrayna peyvənd rekordunu yenilədi:    Bir günə 183 min vaksin vurulub
  11 Sentyabr 2021    Oxunub:1288
Ukraynada son sutka ərzində 183 min 527 nəfər koronavirus əleyhinə vaksinasiyadan keçib. Azvision.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi "Facebook"da məlumat yayıb.
Qeyd edilir ki, ümumilikdə vaksinasiya proseslərinin başlanmasından bəri təxminən 10,6 milyon peyvənd vurulub.

"Dünən gündəlik peyvənd rekordu yenilənib. 71.388 nəfər birinci dozanı vurdurub, tam immunizasiyadan isə 112.139 nəfər keçib", - məlumatda deyilir.

Qeyd edək ki, Ukraynada son sutkada koronavirusdan 69 ölüm hadisəsi qeydə alınıb.

Tural Tağıyev
Azvision.az



Teqlər: Ukrayna   Vaksin   Rekord  





Xəbər lenti