“Azeri Light” bahalaşıb

  11 Sentyabr 2021    Oxunub :317
“Azeri Light” bahalaşıb
Dünya birjalarında neft qiymətləri bahalaşır.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,47 dollar artaraq 72,92 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,58 dollar bahalaşaraq 69,72 dollar olub.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,08 dollar artaraq 73,41 dollar təşkil edib.

Qeyd edək ki, COVID-19 pandemiyasının təsiri nəticəsində Azərbaycan neftinin bir barelinin qiyməti 2020-ci ilin aprelin 21-də 15,81 dollara enmişdi. Sonradan qlobal miqyasda vaksinasiya prosesi və effektiv karantin tədbirləri nəticəsində neft tələbatı tədricən bərpa olunmağa, qiymətlər artmağa başlayıb. “Azeri Light”ın son iki ildə maksimum qiyməti bu il iyulun 5-də qeydə alınıb: bir barel üçün 78,35 dollar.


Azvision.az

Teqlər: Neft  







Xəbər lenti