Rusiya Tacikistana kəşfiyyat maşınları və silahlar bağışladı

   Rusiya Tacikistana kəşfiyyat maşınları və silahlar bağışladı
  11 Sentyabr 2021    Oxunub:876
Əfqanıstanla sərhəddə artan qeyri-sabitlik fonunda Rusiya müdafiə nazirliyi Tacikistan Silahlı Qüvvələrinə 12 ədəd modernləşdirilmiş BRDM-2 zirehli kəşfiyyat dozor maşını, atıcı silahlar, radiasiya, kimyəvi və bioloji mühafizə vasitələri təhvil verib.
Azvision.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Qeyd olunub ki, Rusiya hərbi texnikasının təhvil verilməsi Tacikistanın Silahlı Qüvvələrinin modernləşdirilməsi proqramının icrası çərçivəsində həyata keçirilib.
Daha əvvəl Tacikistandakı Rusiya bazasına 30 müasir tank veriləcəyi bildirilmişdi.

Azvision.az



Teqlər: Rusiya   Tacikistan  





Xəbər lenti