Türkiyədə `Twitter` bağlandı

 Türkiyədə `Twitter` bağlandı
  21 Mart 2014    Oxunub:1631
Buna, twitter rəhbərliyinin bəzi linklərin şəbəkədən yığışırılması barədə məhkəmə qərarına etinasız qalması səbəb göstərilib.

Türkiyədə dünyanın ən populyar şəbəkə saytlarından olan “twitter” bağlanıb. AzVision.az türkiyə mətbuatına istinadən xəbər verir ki, bu, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bursa şəhərində keçirdiyi mitinqdən sonra olub.

Məlumata görə, Ərdoğan mitinqdə, “Twitterin filanın, hamısının kökünü qazıyacağıq" deyib. Bundan bir neçə saat sonra, saat 23.34-də ölkədəki bəzi serverlərdən bu sosial şəbəkəyə girmək mümkün olmayıb.

Yerli mətbuat indilik “ttnet” və “Superonline” serverləri ilə Tvitterə girmənin mümkün olduğunu, “3G”, “Kablonet” və “Uydunet” serverlərində isə adı çəkilən şəbəkənin tamamilə məhdudlaşdığını bildirir.

Baş nazirlik mətbuat mərkəzi məsələ barədə rəsmi açıqlama verərək, twitter rəhbərliyinin bəzi linklərin şəbəkədən yığışırılması barədə məhkəmə qərarına etinasız qalmasını səbəb kimi göstərib.

“Hazırda Türkiyə Cümhuriyyəti vətəndaşlarının bəzi linklərin yığışdırılması barədə məhkəmə qərarının həyata keçirilməsində twitter rəsmiləri etinasız hərəkət edir. Bu müdət ərzində məhkəmə qərarları istiqamətində Kommunikasya və Rabitə komitəsinin müraciətləri də şəbəkə rəhbərliyi tərəfindən reaksiyasız qalıb.

Məhkəmə qərarlarının və hüququn tələblərinin yerinə yetirilməməsi mövqeyində dəyişiklik olmasa vətəndaşlarımızın düşdüyü zərərin qarşısını almaq üçün twitterə məhdudiyyət qoymaqdan başqa çarəmiz qalmayacaq.

Baş nazirimiz Bursada keçirdiyi mitinqdə diqqəti bu məsələyə cəlb edib”.

Qeyd edək ki, "Dünya nə düşünürsə düşünsün, biz bunu edəcəyik" deyən baş nazir Ərdoğanın bu qərarına qarşı bütün dünyadan sərt reaksiyalar gözlənilir. Həmçinin bu gündən etibarən ölkədə, "İnternetimə toxunma" şüarı ilə etiraz aksiyalarının keçiriləcəyi də istisna edilmir.

ANS PRESS


Teqlər:  





Xəbər lenti