Talibandan 11 sentyabrda bayraq təxribatı

Talibandan 11 sentyabrda    bayraq təxribatı
  11 Sentyabr 2021    Oxunub:758
Taliban ABŞ və bütün dünyanın 11 sentyabr hadisələrinin 20 -ci ildönümünü andığı gündə Əfqanıstandakı prezident sarayının üzərində öz bayrağını qaldırıb.
Azvision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Talibanın yeni baş naziri Məhəmməd Həsən Axund bayrağı yerli vaxtla saat 11-də 33 nəfərlik müvəqqəti hökumətin rəsmi fəaliyyətə başladığı bir mərasimdə qaldırıb.

Xatırladaq ki, bu gün ABŞ 11 sentyabr terror aktlarının ildönümünü anım tədbirləri ilə qeyd edir.

Tural Tağıyev
Azvision.az



Teqlər: Taliban   Bayraq   ABŞ  





Xəbər lenti