Ronaldo “Mançester Yunayted”dəki ilk oyununda dubl etdi

  11 Sentyabr 2021    Oxunub :293
Ronaldo “Mançester Yunayted”dəki ilk oyununda dubl etdi
Portuqaliyalı futbolçu Kriştiano Ronaldo İngiltərənin "Mançester Yunayted" klubuna qayıdışından sonra bu komandanın heyətində ilk rəsmi oyununa çıxıb.
Azvision.az xəbər verir ki, 36 yaşlı hücumçu "qırmızı şeytanlar"ın evdə "Nyukasl"ı 4:1 hesabı ilə məğlub etdiyi matçın iştirakçısı olub.

Meydana start heyətində çıxan təcrübəli forvard Mançester təmsilçisinə dönüşünü dublla qeyd edib. O, ilk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə hesabı açıb. 56-cı dəqiqədə qonaqların heyətində Xavyer Mankilyo tarazlığı bərpa etsə də, cəmi 6 dəqiqə sonra Ronaldo komandasını yenidən önə keçirib. Meydan sahiblərinin digər iki qolunu isə 80-ci dəqiqədə Brunu Fernandeş, 90+2-ci dəqiqədə isə Cessi Linqard vurub.

Qeyd edək ki, bu qələbədən sonra xallarını 10-a çatdıran "Mançester Yunayted" liderliyə yüksəlib.

Azvision.az

Teqlər: Ronaldo  






Xəbər lenti