Fransa “Taliban” hökumətini tanımaqdan imtina etdi

  12 Sentyabr 2021    Oxunub :327
   Fransa “Taliban” hökumətini tanımaqdan imtina etdi
Fransa Xarici İşlər Nazirliyi Əfqanıstanda "Taliban" hökumətini tanımaqdan imtina etdiyini açıqlayıb.
Azvision.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-İv Le Drian bildirib. Onun sözlərinə görə, "Taliban" hərəkatının nümayəndələri beynəlxalq ictimaiyyətə verdiyi vədləri yerinə yetirmədi. Bu səbəbdən də Paris onların yaratdığı yeni hökuməti tanımaqdan imtina edir.

Nazir qeyd edib ki, hərəkat Parisin humanitar yardımın pulsuz çatdırılmasına icazə verilməsi tələbini rədd edib.

Azvision.az

Teqlər: Fransa   "Taliban"  







Xəbər lenti