“TURKOVAC” Azərbaycanda da tətbiq edilə bilər" - Fuad Oktay

   “TURKOVAC” Azərbaycanda da tətbiq edilə bilər" -    Fuad Oktay
  12 Sentyabr 2021    Oxunub:1479
Türkiyənin koronavirus əleyhinə yerli peyvəndi “TURKOVAC” Azərbaycanda da tətbiq edilə bilər.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuad Oktay "Anadolu" agentliyinə müsahibəsində deyib. O bildirib ki, “TURKOVAC” vaksinlərinin 3-cü mərhələ araşdırmaları barədə fikir mübadiləsi aparılır:

"Başda Pakistan, Azərbaycan, Argentina, Kolumbiya və Polşa olmaqla, bir çox ölkə ilə 3-cü mərhələ araşdırmaları ilə bağlı danışıqlar davam edir".

Qeyd edək ki, Türkiyədə koronavirusa qarşı 7 vaksin və 10 dərman hazırlığı üzrə araşdırmalar aparılır. “TURKOVAC” ikinci fazaya qədər uğurla sınaqdan çıxan vaksin hesab edilir.

Azvision.az


Teqlər: Türkiyə   vaksin  





Xəbər lenti