“Ümid edirəm, tədrisin arası kəsilməyəcək” – Təhsil naziri

  12 Sentyabr 2021    Oxunub :405
   “Ümid edirəm, tədrisin arası kəsilməyəcək” –    Təhsil naziri
"Uzun müddətdən sonra ənənəvi tədrisə başlayırıq. Tədris ilinə tam hazırıq". Bunu təhsil naziri Emin Əmrullayev “Real TV”-yə müsahibəsində deyib. O bildirib ki, indiki şəraitdə dərslərə əyani başlamaq kifayət qədər məsuliyyətdir. “Ümid edirik ki, tədrisi arasıkəsilmədən başa çatdıracağıq", - nazir bildirib.
Nazir xatırladıb ki, yeni tədris ilinin şərtləndirən əsas amillərdən biri tədris işçilərinin vaksinasiya məsələsi idi: "Artıq təhsil işçilərinin 80 faizi peyvənd olunub. Az sayda vaksin vurdurmayan təhsil işçiləri var və inanıram ki, məktəblərin açılmasına qədər vaksin olunacaqlar.

Peyvəndəmə başlanan ilk vaxtlarda nəinki müəllimlər, eləcə də bir çox vətəndaş ehtiyat edib, qorxurdu. Lakin zamanla hər kəsə başa düşdü ki, pandemiyadan qurtulmağın yeganə yolu peyvənd olunmaqdır. İctimai yerdə çalışmaq o deməkdir ki, sağlamlığımıza önəm verməliyik.

Şagirdlərə məktəbdə dərs demək müəllimlərin işidir. Peyvənd olunmayıb prosesi ləngitmək doğru deyil. Odur ki, heç bir əks-göstərişi olmayan hər kəs peyvənd olunmalıdır".

Teqlər: Təhsil   Dərs   Məktəb  






Xəbər lenti