"Öldü" deyilən "Əl-Qaidə" liderinin videosu yayıldı

 "Öldü"  deyilən "Əl-Qaidə" liderinin videosu yayıldı
  13 Sentyabr 2021    Oxunub:1607
"Əl-Qaidə" terror təşkilatının lideri Ayman əl-Zəvahirinin yeni videogörüntüləri yayılıb. Video Ayman əl-Zəvahirinin 11 sentyabr hadisələrinin 20-ci ildönümünə həsr olunub.
Azvision.az xəbər verir ki, xarici KİV-lər videnun "Əl-Qaidə" liderinin ölüm xəbərlərinin ortaya çıxmasından bir neçə ay sonra yayımlanmasını diqqət çəkən məqam kimi qiymətləndiriblər.

"Cihadçı saytları izləyən "SITE Intelligence Group" videonun şənbə günü yayımlandığını söyləyib. Əl-Zəvahiri Qüdsün heç vaxt yəhudiləşdirilməyəcəyini də bəyan edib. O xüsusilə "Əl-Qaidə"nin yanvar ayında Suriyadakı rus qoşunlarına qarşı yönəlmiş hücumları haqqında müsbət fikirlər səsləndirib"-, məqalədə yazılıb.

Əl-Zəvahiri Amerika qoşunlarının Əfqanıstandan çıxmasını da xatırladıb.

Qeyd edək ki, 2020-ci ilin sonlarında mediada əl-Zəvahrinin xəstəlikdən ölməsi barədə şayiələr yayılmışdı. O vaxtdan bəri terrorçuların liderinin həyatda olmasına dair heç bir video və ya başqa bir sübut görünməmişdi.

Tural Tağıyev
Azvision.az



Teqlər: Əl-Qaidə  





Xəbər lenti