Mütəxəssislərdən NASA-ya çağırış: "Meteoriti vurmayın!"

   Mütəxəssislərdən NASA-ya çağırış:    "Meteoriti vurmayın!"
  13 Sentyabr 2021    Oxunub:1006
ABŞ Milli Aviasiya və Kosmos İdarəsi (NASA) noyabrın 24-də planetimiz üçün təhlükə yarada biləcək meteoritin traektoriyasını dəyişdirməyi planlaşdırır.
Azvision.az xəbər verir ki, mütəxəssislər kosmik agentliyə prosesi həyata keçirəcək "DART" zərbə zondunun buraxılışını qeyri -müəyyən müddətə təxirə salmağı məsləhət görüblər.

Buna səbəb meteoritin mümkün xaotik davranışıdır.

Qeyd edək ki, NASA kosmosa meteoritin vurulması üçün düzəldilmiş xüsusi bir zond göndərəcək. Lakin meteoritin hərəkət istiqamətləri tam şəkildə nəzərə alınmayıb.

"DART" zondu meteoritin mərkəzinə zərbə endirməlidir ki, bu da onun hərəkət istiqamətində cüzi bir dəyişikliyə səbəb olacaq.



Tural Tağıyev
Azvision.az



Teqlər: NASA   Meteorit  





Xəbər lenti