Ramin Bayramlının müşaviri də istefa ərizəsi yazıb

   Ramin Bayramlının müşaviri də istefa ərizəsi yazıb
  13 Sentyabr 2021    Oxunub:934
TƏBİB İdarə Heyəti sədrinin müşaviri Şəhriyar Fətullayev vəzifəsindən azad olunması ilə bağlı ərizə ilə müraciət edib.
Bu barədə Azvision.az -a TƏBİB-dən məlumat verilib.

Qeyd edək ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.

Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyevin əmri ilə TƏBİB-in İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Vüqar Cavanşir oğlu Qurbanov a verilib. O hazırda Agentliyin Tibbi iddialar departamentinin rəhbəri vəzifələrini icra edir.

Azvision.az


Teqlər: TƏBİB  





Xəbər lenti