1 terabayt yaddaşı olan yeni "iPhone"

1 terabayt yaddaşı olan yeni "iPhone"
  13 Sentyabr 2021    Oxunub:1100
Amerikanın "Apple" şirkəti 1 terabaylıq yaddaşı olan ilk "iPhone"u təqdim edəcək. Azvision.az xəbər verir ki, bu barədə "İnsider" məlumat yayıb.
Analitik Min Çi Kuonun sözlərinə görə, söhbət "iPhone" 13 Pro və "iPhone" 13 Pro Max modellərindən gedir.

Xatırladaq ki, bundan öncə Min Çi Kuo "Apple"nın yeni "iPhone" 13-ünün peyk dəstəyi ala biləcəyini bildirmişdi.

Qeyd edək ki, dünyanın ən məşhur elektron cihazlar və proqram istehsalçısı olan "Apple", sentyabrın 14-də yeni məhsulunun rəsmi təqdimatını keçirəcək.

Tural Tağıyev
Azvision.az



Teqlər: Apple  





Xəbər lenti