Hindistanda denqu qızdırmasından 88 uşaq ölüb

   Hindistanda denqu qızdırmasından 88 uşaq ölüb
  13 Sentyabr 2021    Oxunub:1604
Hindistanın şimalındakı Uttar-Pradeş ştatında denqu qızdırmasından ölənlərin sayı 114 -ə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə “The Times of India” qəzeti məlumat yayıb. İki həftə əvvəl başlayan xəstəlikdən ölənlərin 88-i uşaqdır. Dövlət və özəl xəstəxanalarda qızdırma simptomları olan 12 minə yaxın pasiyent müalicə alır.

Denqunun episentri Firuzabad bölgəsidir. Uttar-Pradeşdə 1-8 -ci siniflər daxil olmaqla şagirdlər üçün dərslər dayandırılıb.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Hindistan  





Xəbər lenti