“FotoMən 3” layihəsinə start verilib

 “FotoMən 3” layihəsinə start verilib
  14 Sentyabr 2021    Oxunub:1134
“ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqamının təşkilatçılığı, Azərbaycan Fotoqraflar Birliyinin, Dövlət Məşğulluq Agentliyinin və ”YARAT” Müasir İncəsənət Məkanının tərəfdaşlığı ilə start verilən “FotoMən 3” layihəsinin açılış mərasimi baş tutub.
Açılış mərasimindən sonra ilkin təlim keçirilib.

Azərbaycanda ilk dəfə gənclər üçün fotoqrafiya sahəsində ödənişsiz şəkildə təşkil olunmuş “FotoMən” layihəsinin əsas məqsədi ölkəmizdə gənc fotoqrafların yetişməsinə töhfə verməkdir.

Layihədə müsahibə yolu ilə seçilmiş 50 iştirakçı fotoqrafiya ilə bağlı müxtəlif təlimlərdə iştirakla yanaşı studiya çəkilişlərində iştirak edəcək, qrup işlərini və fərdi tapşırıqları yerinə yetirəcək. Həmçinin Dövlət Məşğulluq Agentliyi tərəfindən layihədə iştirak edən 15 nəfərədək gənc fotoaparat və digər texniki avadanlıqlarla təmin ediləcək.

Layihənin yekununda iştirakçıların çəkdiyi şəkillərdən ibarət foto sərgi təşkil olunacaq.















Azvision.az



Teqlər:





Xəbər lenti