Ermənistanda yanacağın qiyməti qalxıb

   Ermənistanda yanacağın qiyməti qalxıb
  15 Sentyabr 2021    Oxunub:1136
Ermənistanda benzin və dizel yanacağının qiyməti növbəti dəfə bahalaşıb. Azvision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
"Ölkədə yanacağın qiyməti yenidən qalxdı. Bu səhər yanacaqdoldurma məntəqələrində benzin 10 dram bahalaşıb. Hazırda adi benzin 500 dram, premium - 520, super isə - 620 dramdır. Dizel yanacağının qiyməti də qalxıb"-,saytlar yazıb.

Xatırladaq ki, son üç ay ərzində Ermənistanda benzinin qiyməti 130 dram qalxıb. Bu isə əvvəlki dövrlə nisbətdə təxminən 45% bahalaşma deməkdir.

Tural Tağıyev
Azvision.az



Teqlər: Ermənistan   Benzin  





Xəbər lenti